Putindən Azərbaycan-Ermənistan sərhədindəki vəziyyətlə bağlı – Açıqlama

“Ermənistan-Azərbaycan arasındakı vəziyyətin nizamlanmasında Rusiya diplomatiyasının rolu artıb”.

Azinformasiya.Az xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin Ermənistan-Azərbaycan sərhədində baş verənlərlə bağlı açıqlama verərkən deyib.

Putin qeyd edib ki, bir il əvvəl Rusiyanın fəal vasitəçilik səyləri nəticəsində Qarabağda müharibə dayandırılıb:

“Lakin Ermənistan-Azərbaycan sərhədində baş verən son atışmalar göstərdi ki, bu bölgədə vəziyyət hələ də sakitləşməyib. Atəşkəs rejiminin və mülki əhalinin təhlükəsizliyinin təminatçısı kimi Rusiya sülhməramlılarının səyləri sabitliyin təmin edilməsində mühüm rol oynayır”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir