“Azərbaycan Prezidenti sözü boş yerə deməməsi ilə tanınır”.
Azinformasiya.Az xəbər verir ki, bunu erməni hərbi ekspert Van Ambarçumyan “Esse TV” yutub kanalında yayımlanan verilişdə deyib.
V. Ambarçumyan söhbət zamanı Zəngəzur dəhlizi məsələsinə də toxunub və bildirib ki, Azərbaycan istədiyinə nail olacaq:
“Ermənistanda “dəhliz” yox, “yol” deyirlər. Mən sizə dedim, onlar dəhliz istəyirlər. Bu barədə Azərbaycan Respublikasının Prezidenti də danışıb. Azərbaycan Prezidenti isə sözü boş yerə deməməsi ilə tanınır. Elə deyilmi? Bu, faktdır”.
Hərbi ekspert, həmçinin vurğulayıb ki, Ermənistanda belə bir rəhbərlik varsa, Azərbaycanın silahlı qüvvələrə ehtiyacı yoxdur.