Rusiya Azərbaycanla Ermənistanı delimitasiyaya başlamağa çağırdı

Rusiya Xarici İşlər Nazirliyi Azərbaycan-Ermənistan sərhədinin delimitasiyası prosesinə başlamağa çağırıb.

Azinformasiya.Az xəbər verir ki, bunu həftəlik keçirilən brifinqdə Rusiya XİN sözçüsü Mariya Zaxarova deyib.

M.Zaxarova bildirib ki, Ermənistanla Azərbaycan arasında sərhədin delimitasiyası prosesinə başlamaq vacibdir:

“Rusiya Ermənistan və Azərbaycan tərəfindən sərhədlərin delimitasiyası prosesinin mümkün qədər tez başlamasını vacib hesab edir. Son hadisələr Azərbaycan-Ermənistan sərhədinin delimitasiyası prosesinin tezliklə başlanmasının və sonradan demarkasiyasının, habelə Rusiyanın əvvəllər təqdim edilmiş təklifləri əsasında müvafiq komissiyanın işə başlamasının vacibliyini təsdiqləyir”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir