“Hazırda Ermənistan rəhbərliyi üçtərəfli bəyanatda nəzərdə tutulanı həyata keçirir, sadəcə olaraq, onu ictimaiyyətə hissə-hissə təqdim edirlər”.
Azinformasiya.Az xəbər verir ki, bu barədə Ermənistanın “Joxovurd” qəzeti yazıb.
Qəzetin yazısında Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargahının keçmiş sədri Movses Akopyanın Azərbaycan tərəfindən Gorus-Qafan yolunda nəzarət-buraxılış məntəqəsinin qurulması ilə bağlı fikirlərinə də yer verib.
“9 noyabrda imzalanan sənəddən aydın olurdu ki, Azərbaycan bu yolda yerləşəcək. Bu gün buna təəccüb edən insanlar isə ya coğrafiyanı bilmir, ya da imzalanan bəyanatın mahiyyətini dərk etməyiblər.
Belə çıxır ki, bu gün Azərbaycan öz ərazisində nə istəyir, onu da edir. Azərbaycan bu gün sərhəd-keçid məntəqəsi yerləşdiribsə, sabah yolun bu hissəsindən nəqliyyat vasitələrinin hərəkətini qadağan edə və yaxud bu yoldan keçən erməniləri Azərbaycana qarşı cinayətdə günahlandıraraq saxlaya bilər”, – deyə Akopyan əlavə edib.
Akopyan, həmçinin qeyd edib ki, Zəngəzurda quraşdırılan nəzarət-buraxılış məntəqəsi Ermənistan rəhbərliyinə bir ismarışdır: “Bu ismarış ondan ibarətdir ki, əgər dəhliz olmayacaqsa, onda bu cür məntəqələr Qarabağda, Zəngəzurda, sabah-birisigün isə Azərbaycan Silahlı Qüvvələrinin yerləşə biləcəyi hər hansı digər yerlərdə də olacaq. Münasibətlərimiz məhz belə formalaşacaq”.