Amnistiyaya düşənlər arasında hərbçilər də var

Amnistiyaya düşən 17 min nəfərin 15 mini ilə bağlı qərarı Ədliyyə Nazirliyi icra edəcək.

Azinformasiya.Az xəbər verir ki, bu barədə Zəfər Günü münasibətilə qəbul olunmuş Amnistiya Aktı ilə bağlı Ədliyyə Nazirliyində keçirilən mətbuat konfransında   “Konstitusiya” Araşdırmalar Fondunun rəhbəri, hüquqşünas Əliməmməd Nuriyev məlumat verib.

Onun sözlərinə görə, qalan 2 min nəfərlə bağlı məsələ inzibati xarakterli hərbi hissələr və hərbi hissələrin komandanlığı, eyni zamanda, təhqiqat və ibtidai istintaq orqanları tərəfindən icra ediləcək.

Hərbi hissələrin komandanlıqlarının nəzarətinə verilən və qanun pozuntusunda şübhəli bilinən hərbçilərin də bir qismi amnistiyaya düşəcək.

Hərbi məhkəmələrdə cinayət işi davam edən və ya barəsində hökm oxunmuş şəxslər barəsində amnistiya aktını Ədliyyə Nazirliyi icra edəcək. Lakin bəzi hərbçilər var ki, hərbi xidmət dövründə komandanlıq tərəfindən cəzalandırılıblar. Həmin hərbçilərlə bağlı amnistiya aktının icrası da hərbi komandanlıqların üzərinə düşəcək.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir