“Qarabağ və Şərqi Zəngəzurun sürətli şəkildə abadlaşmasından, işğalın izlərinin qısa müddətdə silinməsindən məmnuniyyət hissi duyuram”.
Azinformasiya.Az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Prezident İlham Əliyevə ünvanladığı təbrik məktubunda bildirib.
“İşğaldan azad edilmiş torpaqların yenidən qurulması və bərpası prosesində dəstəyimiz bundan sonra da fasiləsiz davam edəcək.
Azərbaycanın ötən il noyabrın 8-də işğaldan azad edilmiş mədəniyyət paytaxtı Şuşada imzaladığımız Bəyannamə ilə münasibətlərimizin müttəfiqlik səviyyəsinə çatdırılması ölkələrimiz üçün tarixi addımdır.
Həmrəyliyimizin bundan sonra da “Bir millət, iki dövlət” şüarı ilə hər sahədə inkişaf edəcəyinə şübhə yoxdur”, – Ərdoğan qeyd edib.