Azərbaycanda bu gün koronavirus infeksiyasına 1 876 yeni yoluxma faktı qeydə alınıb, 2 248 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.
Azinformasiya.Az xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.
Son sutkada 22 nəfər COVID-19-dan dünyasını dəyişib.