Nazirliyin 36 yaşlı şöbə müdiri vəfat etdi

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin vəzifəli şəxsi vəfat edib. 

Azinformasiya.Az xəbər verir ki, nazirliyin insan resurslarının idarə edilməsi şöbəsinin müdiri Orxan Məhərrəmli dünyasını dəyişib.

1985-ci il təvəllüdlü şöbə müdirinin ürəktutmadan vəfat etdiyi deyilir.

Ailəli olan mərhumun 2 övladı var.

***

ETSN-in mətbuat katibi İradə İbrahimova “Qafqazinfo”ya açıqlamasında Orxan Məhərrəmlinin ötən gün ürəktutmadan vəfat etdiyini təsdiqləyib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir