“Azərbaycanın müstəqilliyi mübahisə edilə bilməz” – Hulusi Akar

“Bizim burada olmağımızın məqsədi azərbaycanlı qardaşlarımızın yanında olmaqdır”.

Azinformasiya.Az xəbər verir ki, bunu Türkiyənin milli müdafiə Naziri Hulusi Akar bu gün Bakıda keçirilən mətbuat konfransında deyib. O, çıxışında heç bir şəkildə Azərbaycanın yalnız olmadığını dilə gətirib:

“BMT, ATƏT münaqişənin həlli üçün söz verdi. 30 il danışıqlar davam etdi. Amma tək bir addım atılmadı. Ermənistan daha da qudurdu. Bizim bir yerdə olmağımız təbiidir. Azərbaycanın müstəqilliyi mübahisə edilə bilməz. Azərbaycan-Ermənistan məsələsində Azərbaycan haqlıdır. Bu haqq savaşında da Azərbaycanın həmişə yanındayıq”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir