Rusiya sülhməramlıları Azərbaycanın Qarabağ bölgəsində yerləşdirilməsinin ildönümünü qeyd etmək üçün böyük tədbir keçirməyi planlaşdırır.
Azinformasiya.Az xəbər verir ki, bu barədə Ermənistanın “Qraparak” nəşri yazıb.
Məlumata görə, Rusiya sülhməramlılarının keçmiş komandanı general-leytenant Rüstəm Muradov bu gün Ermənistana gedəcək, sabah isə Qarabağa gələcək.
Bildirilir ki, Rusiya Müdafiə Nazirliyi 200-ə yaxın medal buraxıb: “Onları Cənub Hərbi Dairəsinin komandirinin müavini Rüstəm Muradov gətirəcək. Medallar fərqlənən hərbçilərə veriləcək”.
Qeyd edək ki, Azərbaycanın Qarabağ bölgəsindəki Rusiya sülhməramlı kontingentinin ilk komandanı Rüstəm Muradov olub və onun missiyası sentyabrın 6-da başa çatıb. Sentyabrın 9-da Muradovun yerinə general-mayor Mixail Kosobokov təyin olunmuşdu.
Sentyabrın 25-də isə general-leytenant Gennadi Anaşkin Rusiya sülhməramlı kontingentinin komandanı vəzifəsinə təyin edilib.