“Sərhədin delimitasiyası ilə bağlı danışıqlar aparılmır” – Gevorqyan

“Hazırda Azərbaycan – Ermənistan sərhədinin delimitasiyası ilə bağlı danışıqlar aparılmır, ona görə də prosesin həyata keçirilməsi ilə bağlı konkret xəritələr və sənədlərdən danışmaq tezdir”.

Azinformasiya.Az xəbər verir ki, bunu Ermənistan xarici işlər nazirinin müavini Vahe Gevorqyan parlamentdə bildirib.

“Azərbaycanla sərhədlərin delimitasiyası ilə bağlı danışıqlardan danışmaq üçün delimitasiya ilə bağlı danışıqlar aparılmalıdır. Nə qədər ki, belə danışıqlar yoxdur, hansı xəritələri və sənədləri rəhbər tutduğumuzu söyləmək hələ tezdir. Danışıqlar olduqda, biz bu məsələyə qayıda bilərik”, – deyə V.Gevorqyan qeyd edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir