Müalicə xərcləri ilə bağlı güzəştlər olacaq

Ölkə daxilində müalicə haqlarını, o cümlədən cərrahiyyə əməliyyatının haqqını ödəmək üçün maddi yardımın, birdəfəlik müavinətin dəyərinin 10 000 manatadək olan hissəsinin gəlir vergisindən azad edilməsi təklif edilir.

Azinformasiya.Az xəbər verir ki, bu barədə Vergi Məcəlləsinə dəyişiklikdə bildirilir.

Bundan əlavə, xaricdə müalicə haqlarını, o cümlədən cərrahiyyə əməliyyatının haqqını ödəmək üçün maddi yardımın, birdəfəlik müavinətin dəyərinin 40 000 manatadək olan hissəsinin də gəlir vergisindən azad edilməsi də müzakirə edilir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir