Putin Rusiya ordusunda nə qədər PUA olduğunu açıqladı

“Rusiya ordusu 2000-dən çox pilotsuz uçuş aparatı ilə silahlanıb”.

Azinformasiya.Az xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin deyib.

Putinin sözlərinə görə, Suriya nümunəsi silahlı münaqişələrdə pilotsuz təyyarələrin nə qədər effektiv və təhlükəli olduğunu göstərir.

“Buna əsaslanaraq, Rusiya ordusu üçün pilotsuz uçuş aparatlarının yaradılması üzərində işi davam etdirmək lazımdır”, – deyə Putin qeyd edib.

Bununla yanaşı, Rusiya prezidenti əlavə edib ki, Rusiya ordusu PUA-lara qarşı effektiv şəkildə müqavimət göstərməyi öyrənib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir