Avtonəqliyyat vasitələri üçün verilən dövlət qeydiyyat nişanında əks olunmuş rəqəmlərin və ya hərflərin kombinasiyası üzrə rüsumların artırılması təklif edilir.
Azinformasiya.Az xəbər verir ki, bu barədə dəyişiklik “Dövlət rüsumu haqqında” qanunda öz əksini tapıb.
Belə ki, 001, 002, 003, 004, 005, 006, 007, 008, 009 üçün – müxtəlif seriya – 1500 manatdan 2000 manata; – eyni seriya – 2500 manatdan 3000 manata; 100, 200, 300, 400, 500, 600, 700, 800, 900 üçün – müxtəlif seriya – 1000 manatdan 1500 manata; – eyni seriya: 1500 manatdan 2000 manata; 111, 222, 333, 444, 555, 666, 777, 888, 999 üçün – müxtəlif seriya: 500 manatdan 1000 manata; – eyni seriya: 1000 manatdan 1500 manata qaldırılır.
Qeyd edək ki, dəyişiklik layihəsi parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirə ediləcək.