Baş nazir Əli Əsədov bu gün Türkiyə Respublikasının milli bayramı – Respublika Günü münasibətilə Türkiyənin vitse-prezidenti Fuat Oktaya təbrik məktubu ünvanlayıb.
Azinformasiya.Az xəbər verir ki, məktubda Azərbaycan-Türkiyə dostluq və qardaşlığının xalqlarımızın ortaq milli-mənəvi dəyərlərindən güc aldığı vurğulanıb.
İki ölkə arasında müxtəlif sahələrdə səmərəli və fəal əməkdaşlığın bundan sonra da ölkələrimizin tərəqqisinə, xalqlarımızın rifahına xidmət edəcəyinə əminlik ifadə olunub.