Daha bir məktəb distant təhsilə keçdi

Paytaxtdakı 212 nömrəli tam orta məktəbin fəaliyyəti distant təhsil formasında davam etdiriləcək.

Azinformasiya.Az-ın əldə etdiyi məlumata görə, 212 nömrəli tam orta məktəbin 6 müəllimi və 5 şagirdində COVİD-19 infeksiyasına yoluxma faktı təsdiq olunub.

Faktı saytımıza Bakı Şəhəri üzrə Təhsil İdarəsindən təsdiqləyiblər.

Bildirilib ki, bu səbəbdən Gigiyena və Epidemiologiya Mərkəzinin qərarı əsasında 212 nömrəli tam orta məktəbdə əyani tədris prosesi 14 gün müddətinə distant təhsillə əvəz olunub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir