Ermənistanda qumbara partladı, 4 hərbçi yaralandı

Ermənistanda 4 hərbçi qumbaranın partlaması nəticəsində yaralanıb.

Azinformasiya.Az “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, insident Qeqarkunik rayonunda sərhəd ərazilərinin birində baş verib.

Yaralı hərbçilər xəstəxanaya yerləşdirilib. Sözügedən şəxslər yüngül xəsarətlər alıblar.

Hazırda hadisənin detalları araşdırılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir