“Qoşunların Zəngəzurdan çıxarılmasını şəxsən mən əmr etmişəm” – Paşinyan

“Ermənistan qoşunlarının Zəngəzurdan çıxarılmasını şəxsən mən əmr etmişəm”.

Azinformasiya.Az xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan ölkə parlamentində millət vəkillərinin suallarını cavablandırarkən deyib.

Belə ki, millət vəkili Anna Qriqoryan Paşinyana Zəngəzurdan qoşunların çıxarılması barədə əmri kimin verdiyini soruşub. Paşinyan isə cavabında qeyd edib ki, sözügedən məsələ ilə bağlı əmr şəxsən onun tərəfindən verilib.

“Lakin bu qərar hərbi fəaliyyətlərə yol verməmək və strateji əhəmiyyətə malik yolu heç olmasa bir müddətlik itirməmək üçün verilib”, – deyə Paşinyan qeyd edib.

Anna Qriqoryanın sözlərinə görə, Ermənistan qoşunlarının geri çəkilməsi barədə əmr 2020-ci ilin dekabrın 18-i verilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir