Sabah yağış yağacaq

Azərbaycanda oktyabrın 29-da gözlənilən hava proqnozu açıqlanıb. 

Milli Hidrometeorologiya Xidmətindən Azinformasiya.Az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında buludlu hava şəraiti üstünlük təşkil edəcək. Səhər  yarımadanın bəzi yerlərində  çiskinli olacağı ehtimalı var. Axşam isə yağış yağacağı gözlənilir. Şimal-şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 9-11° isti, gündüz  14-16° isti olacaq. Bakıda gecə 9-11° isti, gündüz 14-16° isti olacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir