Baş Prokurorluq Ağdam rayonunda qazıntı işləri zamanı iki insan skeletinin tapılması haqda açıqlama verib.
Mətbuat xidmətindən “Qafqazinfo”nun sorğusuna cavab olaraq bildirilib ki, Ağdam rayonunun işğaldan azad edilmiş ərazisində “Körpü-Bina Tikinti” MMC tərəfindən qazıntı işləri aparılarkən iki şəxsə məxsus insan sümükləri aşkar edilib.
Hazırda faktla bağlı Ağdam rayon prokurorluğunda araşdırma aparılır.