Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyindəki Dövlət Dəniz və Liman Agentliyinin İdarə Heyətinin sədri vəzifəsinə Arif Baloğlan oğlu Məmmədov təyin olunub.
Nazirlikdən Azinformasiya.Az-a verilən məlumata görə, A. Məmmədov bu təyinata qədər Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Nəqliyyat siyasəti şöbəsinin müdiri vəzifəsində işləyib.
Qeyd edək ki, A. Məmmədov müxtəlif illərdə Azərbaycan Prezidentinin Administrasiyasında, Xarici İşlər Nazirliyində və ölkəmizin bir sıra ölkələrdəki səfirliklərində çalışıb.