“44 günlük Qarabağ müharibəsi zamanı Ermənistanın mülki əhalini hədəf alan qətliam və ballistik raket hücumları dünya mediasında heç gündəmə gətirilmədi”.
Azinformasiya.Az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (Türk Şurası) İstanbulda keçirilən “Media Forumu”na ünvanladığı videomüraciətdə deyib.
“Medianın müstəqilliyindən və obyektivliyindən danışan beynəlxalq media orqanları Ermənistanın rəsmi xəbər agentliyi kimi hərəkət etdilər. Qarabağ müharibəsi ölkələrimiz və türk dünyası ilə bağlı həqiqətlərə qarşı tətbiq edilən media embarqosunun nə ilk, nə də son nümunəsidir. Qondarma soyqırım iddiaları başda olmaqla tariximizi, milli təhlükəsizliyimiz və millətimizin dəyərlərini hədəf alan bir çox mövzuda oxşar münasibətlərlə qarşılaşırıq”, – deyə Ərdoğan qeyd edib.