“Rusiyanın vasitəçilik səyləri sayəsində 2020-ci ilin dekabrından indiyədək 122 saxlanılan şəxs dəyişdirilib”.
Azinformasiya.Az xəbər verir ki, bunu həftəlik brifinqdə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.
“2020 -ci ilin dekabrından bu yana 105 nəfər Ermənistana, 17 nəfər isə Azərbaycana təhvil verilib. Mübadilə prosesinin davam edəcəyinə ümid edirik”- deyə Zaxarova bildirib.
Onun sözlərinə görə, Rusiya bütün istiqamətlərdə Bakı ilə İrəvan arasındakı münasibətləri normallaşdırmaq üçün lazım olan hər cür dəstəyi verməyə davam etmək niyyətindədir.