Xaçmaz rayonu, Xudat şəhəri 5 saylı ümumi orta məktəbin 8-ci sinif şagirdi Xədicə Rəcəbova vəfat edib.
Bu barədə Azinformasiya.Az-a rayon təhsil şöbəsinin aparıcı məsləhətçisi Ağamirzə Əzimov məlumat verib. O qeyd edib ki, şagird ötən həftədən bəri qızdırması olduğuna görə ev şəraitində müalicə alıb: “Dünəndən məktəbə gəlməyə başlayıb. Bu gün isə məktəbdə halı pisləşib. Ona təcili yardım çağırıblar. Daha sonra xəstəxanada dünyasını dəyişib. Valideyni bildirir ki, evdə qızdırmalı olduğuna görə müalicə alıb”.
A. Əzimovin sözlərinə görə, hələ həkim rəyi ilə tanış olmayıb: “Ona görə də onun koronavirusdan vəfat edib-etmədiyi barədə nəsə deyə bilmərik”.
***
Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib ki, Xaçmaz rayonu, Xudat şəhəri, İbrahim Məlikov adına 5 nömrəli orta məktəbin 8-ci sinif şagirdi 2008-ci il təvəllüdlü Xədicə Rəcəbovanın oxuduğu məktəbdə ölməsi faktı ilə bağlı hazırda Xaçmaz rayon prokurorluğunda araşdırma aparılır.