“Koronavirus uşaqlar arasında epidemiya halını almayıb”.
Azinformasiya.Az xəbər verir ki, bunu COVID-19 peyvəndləri mövzusunda keçirilən canlı yayımda – Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti Təyyar Eyvazov bildirib.
O qeyd edib ki, 30-59 yaş arası olan şəxslər arasında daha çox yoluxma qeydə alınır: “Məktəblərin açılması ilə uşaqlar arasında müəyyən qədər artım ola bilər, amma bu say böyüklərin sayından çox deyil”.
T. Eyvazov valideynlərə də müraciət edib: “Yaxşı olar ki, valideynlər uşaqlarını axşam-səhər termometriya etsinlər”.
Onun sözlərinə görə, ola bilər ki, uşağın temperaturu olsun. Onda hər hansı virus infeksiyası varsa, bu məktəbə gedənə qədər aşkarlansın: “Məktəblərdə tədris pandemiya dövründə müəyyən qaydalar əsasında aparılır. Xəstə uşaq dərhal aşkarlanır və izolyasiya olunur. Lakin aşkarlanana qədər başqalarını yoluxdura bilər. Ona görə də bu işdə valideynlər daha diqqətli olmalıdırlar”.