Azərbaycanda son sutkada ikinci dəfə göbələkdən zəhərlənmə hadisəsi baş verib.
Azinformasiya.Az xəbər verir ki, Zaqatala rayon sakinləri – Mahir Kələşov, onun həyat yoldaşı Leyla Kələşova və övladları Məhəmməd Kələşov Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.
Onların göbələk yedikdən sonra zəhərlənmə əlamətləri ilə xəstəxanaya yerləşdirildikləri bildirilir. Məlumata görə, hazırda müalicəsi davam edən ailə üzvlərinin vəziyyətləri stabildir.
Qeyd edək ki, ötən axşam Qaxda da göbələkdən bir ailənin üzvləri zəhərlənmiş, iki azyaşlı uşaq dünyasını dəyişmişdi.