Bakıda xəstəxanada həkimin intihara cəhd etməsi ilə bağlı araşdırmalara başlanılıb.
Bu barədə Azinformasiya.Az-a Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunda həkim laborant işləyən Əsədli Aynur Azad qızının intihara cəhd etməsi barədə vətəndaş müraciəti əsasında hazırda Nizami rayon prokurorluğunda araşdırma aparılır.