Təhsil Nazirliyi məktəblərin bağlanması ilə bağlı yayılan xəbərlərə aydınlıq gətirib.
Azinformasiya.Az xəbər verir ki, qurumun mətbuat katibi Cəsarət Valehov qeyd edib ki, sosial mediada Təhsil Nazirliyinin adından yayılan və məktəblərin bağlanmasını tirajlayan “xəbər” dezinformasiya xarakterlidir.
Qeyd edək ki, sosial şəbəkələrdə məktəblərin noyabrın 1-dən bağlanacağı ilə əlaqədər məlumatlar yayılırdı.