“Rusiyanın sülhməramlı kontingenti Dağlıq Qarabağda əldə olunan barışığın zəmanətçisidirlər”.
Azinformasiya.Az xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin Müstəqil Dövlətlər Birliyininin Dövlət Başçıları Şurasının videokonfrans formatında keçirilən iclasında çıxışı zamanı deyib.
“Bizim yardımımızla humanitar yüklərin çatdırılması, hər iki tərəfdə ərazilərin minalardan təmizlənməsi həyata keçirilir, həyat təminatı sistemi bərpa olunur”, – deyə V. Putin qeyd edib.
Bununla yanaşı, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyanın çıxışlarını şərh edən Putin bildirib ki, bütün bunlar bir daha “pis sülh, yaxşı müharibədən yaxşıdır” deyimini bir daha təsdiq edir.