Rusiya rəhbərliyi və Azərbaycan ərazilərində müvəqqəti yerləşdirilmiş sülhməramlılar Qarabağdan ermənilərin sürətlə getməsindən narahatdırlar.
Azinformasiya.Az xəbər verir ki, bu barədə “Hraparak” qəzeti yazıb.
“Onlar belə hesab edirlər ki, ermənilərin köçməsi Qarabağın demokrafik təsvirini dəyişə bilər və insanların yaşamadığı yerlər artıq müdafiəyə ehtiyac duymayacaq. Və rus sülhməramlıların fəaliyyətinin 5 ili tamam olandan sonra Qarabağda ermənilərin sayının qəfil azaldığı ortaya çıxdıqda sülhməramlıların bu ərazilərdə gələcək iştirakı “havadan asılı” qala bilər”, – deyə qəzet yazır.