“Münaqişədən sonrakı dövr ümumilikdə sakit şəkildə keçir”.
Azinformasiya.Az xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev Müstəqil Dövlətlər Birliyinin Dövlət Başçıları Şurasının videokonfrans formatında keçirilən iclası zamanı çıxışında deyib.
“Münaqişə sonrası deyirəm, çünki Dağlıq Qarabağ münaqişəsi keçmişdə qaldı. Azərbaycan öz ərazi bütövlüyünü bərpa etdi, BMT Təhlükəsizlik Şurasının qətnamələrini yerinə yetirdi və Azərbaycan Ermənistan ilə münaqişəni hərbi-siyasi yolla həll etdi”, – deyə Prezident qeyd edib.