Respublika Gününün adı rəsmən dəyişdirildi

Milli Məclisin bu gün keçirilən iclasında “Müstəqillik Günü haqqında” qanun layihəsi üçüncü oxunuşda müzakirəyə çıxarılıb.   

Azinformasiya.Az xəbər verir ki, layihə səs çoxluğu ilə üçüncü oxunuşda qəbul edilib. Bundan sonra 28 May Müstəqillik Günü, 18 Oktyabr isə Müstəqilliyin Bərpası Günü kimi qeyd ediləcək.

Qeyd edək ki, 28 May qeyri-iş günü, 18 oktyabr isə iş günü olan bayram sayılacaq.

Xatırladaq ki, indiyə qədər Mayın 28-i Respublika Günü, Oktyabrın 18-i isə Dövlət Müstəqilliyi Günü kimi qeyd olunurdu.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir