“Azərbaycan və Türkiyə Bakı-Tbilisi-Ərzurum qaz boru xətti vasitəsilə əlavə 11 milyard kubmetr təbii qazın nəql edilməsi ilə bağlı razılığa gəlib”.
Azinformasiya.Az xəbər verir ki, bu barədə Türkiyənin enerji və təbii sərvətlər naziri Fatih Dönməz məlumat verib.
“Qışın gəlməsi ilə qazla bağlı artacaq tələbin qarşılanması üçün həyata keçirilən danışıqlar uğurla davam etdirilir. Qaz tədarük etdiyimiz ölkələrin rəhbərlikləri Türkiyəyə göndərilən qazın artacağını bəyan ediblər. Bu xüsusda, Bakı-Tbilisi-Ərzurum qaz boru kəməri vasitəsilə 2024-cü ilin sonuna qədər qüvvədə olacaq əlavə 11 milyard kubmetr qazın nəql edilməsi ilə bağlı Azərbaycan ilə ticarət müqaviləsi imzalanıb”, – deyə türkiyəli nazir qeyd edib.