Azərbaycanın məşhur xanəndəsi, Xalq artisti Arif Babayevin səhhətində problemlər yaranıb.
Bu barədə Azinformasiya.Az-a Xalq artisti Mənsum İbrahimov məlumat verib.
Onun sözlərinə görə, A.Babayev bir neçə saat əvvəl Mərkəzi Klinik Xəstəxanaya yerləşdirilib:
“Səhəttində narahatlıq yaranıb. Ailəsi sənətkarın həkim nəzarəti altında olmasını istəyib. Vəziyyəti stabildir”.