Gənc jurnalist Nurlan Ağa Türkiyədə koronavirusdan vəfat edib.
Azinformasiya.Az xəbər verir ki, bu barədə sosial şəbəkədə məlumat yayılıb.
25 yaşlı jurnalistin bir müddət əvvəl COVID-19-a yoluxduğu, vəziyyətinin kritik olması səbəbindən reanimasiyaya yerləşdirildiyi bildirilirdi.
Qeyd edək ki, Nurlan Ağa Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsini bitirib.
O, son vaxtlar Türkiyədə yaşayırdı və Atatürk Universitetində təhsil alırdı.