“İkinci Qarabağ müharibəsinin ilk günlərindən etibarən Ermənistanın bizə təqvim verməli olduğunu dedim. Sözümün üstündə durdum. 44 gündən sonra Ermənistan atəşkəs elan etdi”.
Azinformasiya.Az xəbər verir ki, bunu Prezident İlham Əliyev İstanbulda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VIII Zirvə görüşündə çıxışı zamanı deyib.
Prezidentin sözlərinə görə, 44 günlük müharibə zamanı 300-dən çox kənd və yaşayış yeri işğaldan azad edilib.
“Bu torpaqlarda yenidənqurma prosesləri başlayıb. Türkiyənin dəstəyi sayəsində bir çox türk şirkəti orada infrastrukturun yenidən inşa edilməsi layihəsinə qoşulub. Qısa müddət əvvəl beynəlxalq hava limanı açdıq”, – deyə Prezident əlavə edib.