Türkiyənin “Baykar” şirkəti 2025-ci ildə Ukraynada pilotsuz uçuş aparatlarının (PUA) istehsalına başlamağı planlaşdırır.
Azinformasiya.az xəbər verir ki, bu barədə “Baykar Makina” şirkətinin baş direktoru Haluk Bayraktar bildirib.
O, 2025-ci ildən etibarən Ukraynada “Bayraktar TB2” və “Bayraktar Akıncı” döyüş PUA-larının istehsalına başlanacağını diqqətə çatdırıb.
Azinformasiya.az