13 yaşlı oğlan istirahət zamanı öldü

Qusar rayonunda yeniyetmənin ölümü ilə nəticələnən bədbəxt hadisə baş verib.

Azinformasiya.Az xəbər verir ki, hadisə dekabrın 5-də rayonun Laza kəndində qeydə alınıb. Yaxınları ilə birlikdə istirahətə gedən 2008-ci il təvəllüdlü Rüstəmli Nihad Niyaz oğlu dağdan yıxılaraq ölüb.

Hadisəni Baş Prokurorluğun Mətbuat xidmətindən “Qafqazinfo”ya təsdiqləyiblər.

Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir