Dekabrın 4-də (sabah) cari ilin son Günəş tutulması olacaq.
Bu barədə “Qafqazinfo”ya N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasından bildirilib
Günəş tutulması hadisəsi saat 09:29:16-da başlayacaq və saat 13:37:26-da sona çatacaq. Ümumilikdə 4 saat 8 dəqiqə davam edəcək tutulmanın maksimumu saat 11:34:38-də olacaq.
Tam tutulma Antarktidada müşahidə olunacaq. Avstraliyanın, Afrikanın və Cənubi Amerikanın cənubunda, Sakit, Atlantik, Hind okeanlarında isə qismən tutulma müşahidə ediləcək.
Qeyd edək ki, Günəş tutulması Azərbaycanda müşahidə olunmayacaq.