“Ukrayna Silahlı Qüvvələri yenicə azad edilən İlan adasına qoşun yerləşdirməyə hazırlaşır”.
“Azinformasiya.Az” “RBC Ukraina”ya istinadən xəbər verir ki, bunu Ukrayna Silahlı Qüvvələri Baş Qərargahının Baş Əməliyyat İdarəsinin rəis müavini Aleksiy Qromov deyib.
“Düşmən adanı tərk etdi. Biz onları buna məcbur etdik. İndi bizim hərbçilərimiz adada deyil, amma olacaqlar”, – o bildirib.
A.Qromov vurğulayıb ki, Ukrayna Silahlı Qüvvələrinin planları bu ada üzərində birbaşa fiziki nəzarət yaratmaqdır.