Ərdoğanla Putin arasında telefon danışığı olub

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Rusiya Prezidenti Vladimir Putin arasında telefon danışığı baş tutub.

 

Azinformasiya.az xəbər verir ki, görüşdə iki ölkə arasında münasibətlərin yaxşılaşdırılması və Rusiya-Ukrayna müharibəsi ilə bağlı vəziyyət müzakirə edilib.

Münaqişənin danışıqlar yolu ilə tez bir zamanda yekunlaşdırılmasına önəm verdiklərini qeyd edən Türkiyə Prezidenti, eyni zamanda Soçidə razılaşdırılan iqtisadi əməkdaşlıq əsasında yeni addımlar ata biləcəklərini Rusiya dövlət başçısının diqqətinə çatdırıb.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir