Ərdoğanla Bayden Qarabağı müzakirə edəcək

“Türkiyə və ABŞ Prezidentləri Qarabağı müzakirə edəcəklər”.

Azinformasiya.Az xəbər verir ki, bunu Türkiyə Prezident Administrasiyasının sözçüsü İbrahim Kalın “Milliyet”ə verdiyi müsahibəsində deyib.

İbrahim Kalın Türkiyə və ABŞ Prezidentləri Rəcəb Tayyib Ərdoğan və Co Bayden arasında Romada keçiriləcək görüşdə hansı məsələlərin müzakirə olunacağını açıqlayıb.

“Prezidentlər iki ölkə arasında siyasi və iqtisadi əlaqələr, enerji, təhlükəsizlik, terrorla mübarizə, ticarət, müdafiə sənayesi, Əfqanıstan, Suriya, İraq, Qarabağ, Qafqaz, Liviya, Şərqi Aralıq dənizi və digər regional və qlobal məsələlər ətrafında fikir mübadiləsi aparacaqlar”, – deyə Kalın qeyd edib.

Qeyd edək ki, Ərdoğanla Bayden arasında görüş Romada 30-31 oktyabr tarixlərində keçiriləcək “G20” liderlərinin görüşü çərçivəsində baş tutacaq.

 

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir