Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Rusiyaya səfər edəcəyi tarix açıqlanıb.
Azinformasiya.Az xəbər verir ki, türkiyəli liderin Soçi səfəri sentyabrın 29-da baş tutacaq.
Qeyd edək ki, daha əvvəl Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov Türkiyə Prezidentinin işgüzar səfəri çərçivəsində Vladimir Putinlə Ərdoğanın ikitərəfli əlaqələri, Suriya məsələsini müzakirə edəcəklərini açıqlamışdı.