“Zəngəzur dəhlizinin açılması ilə bağlı hansısa çətinlik görmürəm”.
Azinformasiya.Az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
O, Çexiyanın paytaxtı Praqada keçirdiyi görüşləri xatırladıb: “Orada Azərbaycan Prezidenti İlham Əliyev, Macarıstanın Baş naziri Viktor Orban və Ermənistanın baş naziri Nikol Paşinyanla görüşdük. Sonra da heyətlərarası görüş oldu. Bu məsələlər barədə danışdıq”.