Məqsədimiz bu ilin oktyabr-noyabr aylarında zəlzələ bölgəsində daimi yaşayış yerlərinin təhvil verilməsinə başlamaqdır.
Azinformasiya.az “Anadolu” Agentliyinə istinadən xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Adıyamandakı K2B Konteyner Şəhərində vətəndaşlara müraciəti zamanı söyləyib.
“Evi yararsız hala düşən son vətəndaş yeni mənzilinə qovuşana kimi çalışacağıq. Məqsədimiz oktyabr-noyabr aylarında daimi mənzillərin təhvil verilməsinə başlamaqdır”, – deyə Ərdoğan vurğulayıb.
Azinformasiya.az