“Yerli və milli imkanlarla istehsal etdiyimiz ilk yüksək keyfiyyətli müşahidə peykimiz IMECE aprelin 11-də kosmosda orbitə buraxılacaq”.
Azinformasiya.az xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu haqda Twitter-də paylaşım edib.
Paylaşımda bunlar da öz əksini tapıb:
“Biz təlim keçmiş insan resurslarımız, təmin etdiyimiz imkanlar və inkişaf etdirdiyimiz texnologiyalar sayəsində qlobal kosmos yarışında mövcud olmağa davam edəcəyik”.
Azinformasiya.az