Ərdoğan: Türkiyə Ukrayna ərazilərinin işğalını qəbul etmir

Ukrayna xalqı öz ərazi bütövlüyünü bərpa etmək üçün 500 günə yaxın müddətdə mübarizə aparmağa davam edir.

 

Azinformasiya.az xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulda Ukrayna Prezidenti Vladimir Zelenski ilə birgə mətbuat konfransı zamanı bildirib.

O vurğulayıb ki, Türkiyə Ukrayna ərazilərinin işğalını qəbul etmir: “Biz müharibənin müzakirə yolu ilə başa çatması üçün ən çox səy göstərən ölkə olduq”.

Ərdoğan Ukraynanın NATO-ya üzv olmağa haqqı çatdığını da diqqətə çatdırıb.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir