Türkiyə ordusu Suriyanın şimalında varlığını davam etdirəcək.
Azinformasiya.az xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan CNN-ə müsahibəsində bildirib.
O, Ankaranın bu ərazilərə hərbi kontingent göndərməsinin yeganə səbəbinin terrorla mübarizə olduğunu qeyd edib.
Ərdoğan, eyni zamanda Suriyanın şimalında terrorla mübarizədə əməkdaşlığa nail olunduğu təqdirdə, bunun Dəməşqlə münasibətlərin normallaşması prosesinə də müsbət təsir göstərəcəyini vurğulayıb.
Azinformasiya.az