Ərdoğan Tokayevə başsağlığı verib

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Qazaxıstan prezidenti Kasım-Jomart Tokayevə zəng edərək meşə yanğınında 14 meşə işçisinin həlak olması ilə bağlı başsağlığı verib.

 

Azinformasiya.az xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Administrasiyası məlumat yayıb.

Dövlət başçısı Ərdoğan Qazaxıstanda baş verən meşə yanğınında həyatını itirənlərə Allahdan rəhmət, yaralananlara isə şəfa diləyib.

Ərdoğan, Qazaxıstana gərəkli yardımı göstərməyə hazır olduğunu bildirib.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir