Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Sudanda münaqişə tərəfləri ilə danışıqlar aparıb.
Azinformasiya.az xəbər verir ki, bu haqda Türkiyə Prezident Administrasiyası məlumat yayıb.
Ərdoğanın Sudan Suverenlik Şurasının sədri general Əbdülfəttah Əbdürrəhman əl-Burhan və Sudan Suverenlik Şurasının sədr müavini, Sürətli Dəstək Qüvvələri Komandanı Məhəmməd Həmdan Daqalo ilə ayrı-ayrılıqda telefon danışığı apardığı bildirilib.
Qeyd olunub ki, Prezident Ərdoğan danışıq zamanı tərəfləri münaqişəni, qardaş qanının tökülməsini sonlandırmağa çağırıb və dialoqa qayıtmağa dəvət edib.
Azinformasiya.az